ABŞ-ın dövlət katibi Almaniya və Qətərə yola düşüb

ABŞ-ın dövlət katibi Almaniya və Qətərə yola düşüb ABŞ-ın dövlət katibi Entoni Blinken Qətər və Almaniyaya səfər etmək üçün Vaşinqtondan yol düşüb.
Digər ölkələr
6 Sentyabr , 2021 11:47
ABŞ-ın dövlət katibi Almaniya və Qətərə yola düşüb
Entoni Blinken

ABŞ-ın dövlət katibi Entoni Blinken Qətər və Almaniyaya səfərə yol düşüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu dövlət katibi sosial şəbəkədə yazıb.

“ABŞ vətəndaşlarının, əfqanların və Əfqanıstandan təxliyə edilən başqa adamların təhlükəsiz bir şəkildə köçürülməsinə fövqəladə dəstək verdikləri üçün qətərli və almaniyalı dostlarımıza təşəkkür etməkdən ötrü Qətərə - Dohaya və Almaniyaya - Ramşteyn-Mizenbaxa gerdiəm”, - o bildirib.

Qeyd edək ki, ötən gün Taliban Almaniya hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi