ABŞ-ın dövlət borcu 21,5 trln. dollar olub

ABŞ-ın dövlət borcu 21,5 trln. dollar olub Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu il ABŞ-ın dövlət borcu 1,2 trln. dollardan çox artıb və sentyabrın 30-da 21,5 trln. dollar olaraq rekord həddə çatıb.
Digər ölkələr
2 Oktyabr , 2018 04:26
ABŞ-ın dövlət borcu 21,5 trln. dollar olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu il ABŞ-ın dövlət borcu 1,2 trln. dollardan çox artıb və sentyabrın 30-da 21,5 trln. dollar olaraq rekord həddə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Washington Examiner The" nəşri məlumat yayıb.

Nəşrin məlumatlna görə, ABŞ-ın dövlət borcu 2017-ci maliyyə ilinin son iş günündə 20,245 trln. dollar təşkil edib. 2018-ci il sentyabrın 28-də tarixdə ilk dəfə olaraq 21,516 trln. dollara çatıb.

Bununla yanaşı, ötən ay ABŞ Konqresində bildiriblər ki, federal hökumətin istiqrazları ölkənin 2018-ci maliyyə ilinin ilk 11 ayı ərzində 895 mlrd. dollara çatıb ki, bu da əvvəlki maliyyə ilinin 11 ayı ərzindəki göstəricidən 222 mlrd. dollar çoxdur.

Qəzet qeyd edir ki, 2020-ci ildə ABŞ-ın büdcə kəsiri 1 trilyon dollar səviyyəsinə çatacaq. Bu da Barak Obamanın birinci prezidentlik dövrü müddətindəki göstərici  ilə eynidir.

Son xəbərlər

Orphus sistemi