ABŞ-ın Delaver ştatındakı həbsxanada baş vermiş qiyam yatırılıb

ABŞ-ın Delaver ştatındakı həbsxanada baş vermiş qiyam yatırılıb Nəzarətçi yerli xəstəxanaya çatdırılıb
Digər ölkələr
2 Fevral , 2017 21:55
ABŞ-ın Delaver ştatındakı həbsxanada baş vermiş qiyam yatırılıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ-ın Delaver ştatının polisi Smirn şəhərindəki həbsxanada məhbuslar tərəfindən girov götürülmüş şəxsi azad etməyə nail olub.

"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər verib. 

Məlumata görə, nəzarətçi yerli xəstəxanaya çatdırılıb. Daha bir girov həbsxananın binasında ölü tapılıb. 

Dəqiqləşdirilmiş məlumata görə, qiyam zamanı 4 nəfər girov götürülüb. Məhbuslar onlardan ikisini buraxıblar.  

Son xəbərlər

Orphus sistemi