ABŞ-ın Dallas şəhərində baş vermiş atışmada 1 nəfər xəsarət alıb - YENİLƏNİB

ABŞ-ın Dallas şəhərində baş vermiş atışmada 1 nəfər xəsarət alıb - YENİLƏNİB Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr
4 İyul , 2017 04:15
ABŞ-ın Dallas şəhərində baş vermiş atışmada 1 nəfər xəsarət alıb - YENİLƏNİB
© Fotolia / Dominik Herz

Bakı. 4 iyul. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Dallas şəhərində baş vermiş atışmada 1 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, yaralının həyatı üçün heç bir təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Cinayətin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib. Atışma ilə əlaqədar oteldəki insanlar təxliyə edilib. 


***02:02

ABŞ-ın Texas ştatının Dallas şəhərindəki otellərdən birində atışma olub.

"Report" xəbər verir ki, bu barədə "WFAA" telekanalı məlumat verib.

Xəbərdə bildirilir ki, hadisə "Wyndham" otelində qeydə alınıb. Əraziyə polis əməkdaşları gəlib və oteldəki insanlar təxliyə edilib.

Güllə səslərinin 5-ci mərtəbədəki otel nömrəsində eşidildiyi bildirilir. Hələlik ölənlərin və ya yaralananların olub-olmaması barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi