​ABŞ-ın Çikaqo şəhərində polisin keçirdiyi əməliyyat zamanı 140 nəfər saxlanılıb

​ABŞ-ın Çikaqo şəhərində polisin keçirdiyi əməliyyat zamanı 140 nəfər saxlanılıb Qeydiyyatsız 25 ədəd silah və ümumu məbləği 45 min dollardan çox olan narkotik maddə müsadirə edilib
Digər ölkələr
21 May , 2016 07:04
​ABŞ-ın Çikaqo şəhərində polisin keçirdiyi əməliyyat zamanı 140 nəfər saxlanılıb

Bakı. 21 May. REPORT.AZ/ ABŞ polisinin İllinoys ştatının Çikaqo şəhərində keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmaların üzvü və narkotik maddələrin alverçisi olan 140-dan çox şəxs saxlanılıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şəhər polis idarəsinin rəhbəri Eddi Conson bunu son illər ərzində ən böyük əməliyyat adlandırıb.

"Bu şəxslər dərk etməlidir ki, əgər onlar öz həyat tərzini dəyişdirməsələr, onda bizim sərəncamımızda olan resursların bütün ağırlığını sınaqdan keçirəcəklər. Biz və federal hakimiyyət orqanlarındakı həmkarlarımız onların qarşısını alacağıq. Şəhərdə zorakılıq etməyə icazə verməyəcəyik"- deyə o bildirib.

Kütləvi reydlər iki gün davam edib. 

Axtarışlar zamanı qeydiyyat sənədi olmayan 25 ədəd silah və ümumu məbləği 45 min dollardan çox olan narkotik maddə müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi