ABŞ-ın BMT-dəki səfiri Türkiyəyə təşəkkür edib

ABŞ-ın BMT-dəki səfiri Türkiyəyə təşəkkür edib ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Türkiyəyə Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılması təşəbbüsünə nail olmaqda göstərdiyi səylərə görə təşəkkür edib.
Digər ölkələr
4 Avqust , 2022 08:57
ABŞ-ın BMT-dəki səfiri Türkiyəyə təşəkkür edib

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Türkiyəyə Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılması təşəbbüsünə nail olmaqda göstərdiyi səylərə görə təşəkkür edib.

"Report" xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“İcazə verin, BMT-nin Baş katibinə (Antoniu Quterreşə) və Türkiyə hökumətinə bu təşəbbüsə naail olmasındakı töhfələrinə görə təşəkkürümü bildirim”, - Tomas-Qrinfild deyib.

Onun sözlərinə görə, həmin təşəbbüs sayəsində 16 gəmiyə yüklənmiş 20 milyon ton taxılı bazara çıxarmaq mümkün olacaq.

"Biz bu səyləri dəstəkləməyə davam edəcəyik", - o əlavə edib.

Tomas-Qrinfild Rusiyanı taxıl müqaviləsinin imzalanmasından dərhal sonra həyata keçirilən Odessa limanının atəşə tutulmasına görə yenidən tənqid edib.

Son xəbərlər

Orphus sistemi