ABŞ-ın BMT-dəki keçmiş səfiri vəzifəyə namizəd göstərilib

ABŞ-ın BMT-dəki keçmiş səfiri vəzifəyə namizəd göstərilib ABŞ-ın yeni prezidenti Cozef Bayden Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) başçısı vəzifəsinə Samanta Pauerin namizədliyini irəli sürüb.
Digər ölkələr
13 Yanvar , 2021 16:05
ABŞ-ın BMT-dəki keçmiş səfiri vəzifəyə namizəd göstərilib
Samanta Pauer

ABŞ-ın yeni prezidenti Cozef Bayden Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) başçısı vəzifəsinə Samanta Pauerin namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, o, 2013-cü il avqustun 5-dən 2017-ci il yanvarın 20-dək ABŞ-ın BMT-dəki səfiri olub.

Qeyd edək ki, USAİD 1961-ci ildə ABŞ prezidenti Con Kennedinin təşəbbüsü ilə yaradılıb. Agentlik Dövlət Departamentinin strukturuna daxildir və ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət hədəflərinə beynəlxalq arenada yardım edən başlıca mexanizmlərdəndir.

Son xəbərlər

Orphus sistemi