ABŞ-ın birinci xanımı tezliklə COVID-19-a vaksinin tapılacağına söz verdi

ABŞ-ın birinci xanımı tezliklə COVID-19-a vaksinin tapılacağına söz verdi ABŞ-ın birinci xanımı Melanya TrampABŞ lideri Donald Trampın COVID-19 üçün təsirli bir vaksin tapacağına söz verib.
Digər ölkələr
931
26 Avqust , 2020 08:51
ABŞ-ın birinci xanımı tezliklə COVID-19-a vaksinin tapılacağına söz verdi
Donald Tramp və Melanya Tramp

ABŞ-ın birinci xanımı Melanya Tramp ABŞ lideri Donald Trampın COVID-19 üçün təsirli bir vaksin tapacağına söz verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, birinci ledi bu barədə Ağ evdə baş tutan toplantıda söyləyib.

"Bu xəstəlikdən doğmalarını itirənlərin hər birinə dərin hüznlə başsağlığı verirəm və dualarım xəstəliklə mübarizə aparanlarladır. Bilirəm ki, koronavirusdan çox insan əziyyət çəkir, özlərini çarəsiz hiss edirlər. İstəyirəm biləsiz ki, həyat yoldaşımın rəhbərliyi ilə virusa effektli peyvənd tapılacaq və xəstəliyə qalib gələcəyik"- deyə Melanya Tramp vurğulayıb. 

ABŞ-ın birinci xanımı pandemiya zamanı həkimlərin, tibb bacıların və müəllimlərin əməyini yüksək qiymətləndirərək təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi