ABŞ-ın birinci xanımı koronavirusdan sağalıb

ABŞ-ın birinci xanımı koronavirusdan sağalıb ABŞ-ın birinci xanımı Cill Baydenin infeksiya səbəbindən beş gün təcrid rejimində qaldıqdan sonra COVID-19 üçün mənfi test verib.
Digər ölkələr
22 Avqust , 2022 01:10
ABŞ-ın birinci xanımı koronavirusdan sağalıb

ABŞ-ın birinci xanımı Cill Baydenin infeksiya səbəbindən beş gün təcrid rejimində qaldıqdan sonra COVID-19 üçün mənfi test verib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Beş günlük özünütəcriddən və ardıcıl iki mənfi testdən sonra birinci xanım bu gün (dünən) Cənubi Karolinadan Delaverə gedəcək", - Cill Baydenin mətbuat katibi deyib.

Çərşənbə axşamı Ağ Ev birinci xanımın koronavirusa yoluxduğunu açıqlayıb. Qeyd edilib ki, onda xəstəliyin yüngül forması müşahidə edilir.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden də bu yaxınlarda koronavirusdan sağalıb.

ABŞ-da dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi