ABŞ-ın baş prokuroru Konqresdə "Rusiya işi" ilə bağlı sorğu-sual ediləcək

ABŞ-ın baş prokuroru Konqresdə "Rusiya işi" ilə bağlı sorğu-sual ediləcək Ceff Seşns noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin qapalı iclasında da məsələ ilə bağlı çıxış etməlidir
Digər ölkələr
7 Noyabr , 2017 10:15
ABŞ-ın baş prokuroru Konqresdə Rusiya işi ilə bağlı sorğu-sual ediləcək
Getty Images/ A. Wong

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns “Rusiya işi” ilə bağlı noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin üzvləri qarşısında çıxış edəcək. 

“Report” xəbər verir ki, bunu “Reuters”ə ABŞ-ın Ədliyyə Nazirliyi və Konqresdən bildiriblər.

Hazırda müxalifətdə olan Demokratlar Partiyasını təmsil edən konqresmenlər C.Seşnsi ABŞ Prezidenti Donald Trampın seçki qərargahında işləyən şəxslərin Rusiya təmsilçiləri ilə əlaqələrinə dair sorğu-suala çəkmək üçün imkan əldə edəcəklər.

Bundan başqa, C.Seşns noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin qapalı iclasında da məsələ ilə bağlı çıxış etməlidir. 

Son xəbərlər

Orphus sistemi