ABŞ-ın Baltimor şəhərində yolların buz bağlaması səbəbindən 145 avtomobil toqquşub - VİDEO

ABŞ-ın Baltimor şəhərində yolların buz bağlaması səbəbindən 145 avtomobil toqquşub - VİDEO Baltimorun hava limanında 143 reys təxirə salınıb, 125 reys isə ləğv edilib
Digər ölkələr
18 Dekabr , 2016 19:20
ABŞ-ın Baltimor şəhərində yolların buz bağlaması səbəbindən 145 avtomobil toqquşub - VİDEO

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın Merilend ştatının Baltimor şəhərində kəskin hava şəraiti ilə əlaqədar onlarla yol qəzası qeydə alınıb.

"Report" "CNN"ə istinadən xəbər verir ki, şəhərin I-95 şosesinin buz bağlaması nəticəsində 55 avtomobil toqquşub.

Məlumata görə, Baltimor dairəsində ümumilikdə 145 avtomobil toqquşub. Şəhər polisinə qəzalarla bağlı 200 məlumat daxil olub.

Əlverişsiz hava şəraiti səbəbindən Baltimorun hava limanında 143 reys təxirə salınıb, 125 reys isə ləğv edilib.

Məlumata görə, son günlər ölkə ərazisində yüzlərlə yol qəzası qeydə alınıb. Benzin daşıyan sisternin körpüdən aşması nəticəsində 2 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi