ABŞ-ın Bağdaddakı hərbi bazası raket atəşinə məruz qaldı

ABŞ-ın Bağdaddakı hərbi bazası raket atəşinə məruz qaldı İraqın paytaxtı Bağdadın Beynəlxalq Hava Limanında ABŞ tərəfindən istifadə edilən hərbi baza raket atəşinə tutulub
Digər ölkələr
23 Aprel , 2021 01:38
ABŞ-ın Bağdaddakı hərbi bazası raket atəşinə məruz qaldı

İraqın paytaxtı Bağdadın Beynəlxalq Hava Limanında ABŞ tərəfindən istifadə edilən hərbi baza raket atəşinə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı bildirib.

"Bağdad hava limanı yaxınlığındakı Amerika hərbi bazasına üç raket atıldı", - deyə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə telekanala bildirib.

O, bir raketin bazanın uçuş zolağı yaxınlığına düşdüyünü söyləyib.

“Al-Mayadeen” telekanalının verdiyi məlumata görə, söhbət “Victory” bazasından gedir.

Hələlik tələfat və ya dağıntı barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi