ABŞ-ın Arizona ştatında ağır yol qəzasında 3 nəfər ölüb

ABŞ-ın Arizona ştatında ağır yol qəzasında 3 nəfər ölüb ABŞ-da Arizona ştatının şimalındakı Uinslou şəhərində pikapın aşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Digər ölkələr
4 Aprel , 2024 06:03
ABŞ-ın Arizona ştatında ağır yol qəzasında 3 nəfər ölüb

ABŞ-da Arizona ştatının şimalındakı Uinslou şəhərində pikapın aşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Qeyd olunub ki, səkkiz nəfərin olduğu pikapın sükanı arxasında olan qadın idarəetməni itirib və nəticədə avtomobil yolun hərəkət hissəsindən çıxaraq bir neçə dəfə aşıb.

Üç nəfər hadisə yerində aldıqları xəsarətlərdən ölüb, daha beş nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi