Meksika və ABŞ prezidentləri Andres Manuel Lopez Obrador ilə Cozef Bayden arasında ilk danışıqlar aparılıb.
“Report” xəbər verir ki, danışıqlara dair Meksika dövlət başçısı tvitter səhifəsində məlumat paylaşıb:
“Biz Prezident Baydenlə söhbət etdik, o, mehriban və nəzakətli idi. Miqrasiya, COVID-19, inkişaf və rifah naminə əməkdaşlıq məsələlərini müzakirə etdik. Hər şey aramızdakı əlaqələrin xalqlarımız və ölkələrimizin xeyrinə olacağını göstərir".
Xatırladaq ki, ABŞ-ın əvvəlki Prezidenti Donald Tramp Maksika sərhədində qanunsuz miqrantlara qarşı sərt tədbirlər görmüş, hətta mühafizə divar tikdirməyə başlamışdı. Yeni seçilən Prezident Cozef Bayden iş başına gəldikdə ilk addımlarından biri Meksika sərhədindəki məhdudiyyətləri aradan qaldırmaq oldu.