ABŞ İŞİD-ə ilk dəfə raket-artilleriya sistemi vasitəsi ilə zərbə endirib

ABŞ İŞİD-ə ilk dəfə raket-artilleriya sistemi vasitəsi ilə zərbə endirib HIMARS sistemi 1990-cı illərdə istehsal olunub
Digər ölkələr
3 Sentyabr , 2016 20:56
ABŞ İŞİD-ə ilk dəfə raket-artilleriya sistemi vasitəsi ilə zərbə endirib

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ ötən gecə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə Türkiyə ərazisindən ilk dəfə olaraq HIMARS raket-artilleriya sistemlərinin vasitəsi ilə zərbə endirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin İŞİD ilə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqerk bildirib.

"ABŞ Suriyada Türkiyə ilə sərhəd yaxınlığında İŞİD-in mövqelərinə HIMARS raket-artilleriya sistemlərinin vasitəsi ilə zərbə endirib", - deyə Makqerk öz "Twitter" səhifəsində yazıb.

Operativ-taktik təyinatlı səyyar HIMARS raket-artilleriya sistemi 1990-cı illərdə istehsal olunub. O, ABŞ ordusunun silahlanmasına 2000-ci illərdə daxil edilib.

Son xəbərlər

Orphus sistemi