ABŞ İraqda qurulacaq yeni hökuməti tam dəstəkləyəcək

ABŞ İraqda qurulacaq yeni hökuməti tam dəstəkləyəcək Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ Adil Əbdül Mehdinin başçılıq edəcəyi İraqın yeni hökumətini dəstəkləyəcək.
Digər ölkələr
15 Oktyabr , 2018 11:07
ABŞ İraqda qurulacaq yeni hökuməti tam dəstəkləyəcək
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ Adil Əbdül Mehdinin başçılıq edəcəyi İraqın yeni hökumətini dəstəkləyəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidmətindən bildirilib. 

ABŞ dövlət katibinin müavini Con Sallivan Bağdadda Adil Əbdül Mehdi ilə görüşüb və onun quracağı hökuməti dəstəkləyəcəklərini vurğulayıb: “ABŞ bütün sahələrdə İraqı və yeni hökuməti dəstəkləyəcək”.

Məlumata görə, yeni hökumət bir ay ərzində formalaşdırılmalıdır.

Qeyd edək ki, bu il mayın 12-də İraqda parlament seçkiləri keçirilib. Ötən müddət ərzində ölkədə yeni hökumət formalaşdırılmayıb. Oktyabrın 2-də İraqın yeni prezidenti Bərham Salehi Adil Əbdül Mehdiyə hökumət qurmaq üçün səlahiyyət verib. 

Adil Əbdül Mehdi sabiq baş nazir Heydər əl-İbadinin hökumətində neft naziri, 2004-2006-cı illərdə maliyyə naziri işləyib. 2005-2011-ci illərdə ölkənin vitse-prezidenti vəzifəsini tutub. 

Bildirilib ki, Əbdül Mehdi parlament seçkilərində ən çox səs toplamış, Müqtəda əs-Sədrin başçılıq etdiyi “Saurun” və Hadi əl-Əmirinin komandiri olduğu “Fəth”in dəstəyini qazanıb.

Xatırladaq ki, ayətullah Əli əl-Sistani keçmişdə iqtidarda olmuş adamların yeni qurulacaq hökumətdə baş nazir olmalarını dəstəkləmədiyini bildirmişdi. Onun sözlərinə görə, xalqın çox hissəsi onların rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsinə ümid etmir.

Son xəbərlər

Orphus sistemi