Yuxarı

Heydər əl-Abadi: "Növbəti dəfə İraqın baş naziri olmayacağam"

Heydər əl-Abadi: "Növbəti dəfə İraqın baş naziri olmayacağam"

Bakı. 14 sentyabr. REPORT.AZ/ İraqın fəaliyyətdə olan Baş naziri Heydər əl-Abadi ikinci müddətə bu postda qalmayacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu qərarı İraq şiələrinin lideri ayətulla Əli əl-Sistaninin çağırışına cavab olaraq qəbul edib.

“Biz dini lider ayətullah Əli əl-Sistaniyə hörmətlə yanaşırıq və bunu davam etdirəcəyik. Mən baş nazir postuna ikinci müddətə namizədliyimi irəli sürmək niyyətində deyiləm”, - Baş nazir vurğulayıb.

Qeyd edək ki, ayətullah Əli əl-Sistani keçmişdə iqtidarda olmuş adamların yeni quruluacaq hökumətdə baş nazir olmalarını dəstəkləmədiyini bildirmişdi. Onun sözlərinə görə, xalqın çox hissəsi onların rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsinə ümid etmir.

Xatırladaq ki, parlament seçkilərində qalib gəlmiş Müqtəda əs-Sədr, Baş nazir Heydər əl-İbadi, Əmmar əl-Hakim və keçmiş baş nazir Əyyad Ələvi və vitse-prezident Üsamə Nuceyfi “böyük koalisiya”nın yaradılması ilə bağlı razılığa gəliblər. Razılaşmaya əsasən, koalisiya “As-Sayrun”, Milli Hikmət İttifaqı, “Nasir”, “Vətəniyyə”, “Qərar əl-İraq”ın təmsilçiləri, habelə İraq Türkmən Cəbhəsinin və Kərkükdən olan ərəb deputatların təşkilatlarından ibarət olacaq.

Yeni koalisiyaya 177 deputat daxildir. Bu isə koalisiyaya yeni hökumətin yaradılmasına imkan verəcək. İraq Konstitusiyasına əsasən, baş nazir şiə, prezident kürd, parlamentin sədri isə sünni təmsilçisi olur.

Qeyd edək ki, ölkədə parlament seçkiləri mayın 12-də keçirilib. İraq parlamenti 328 deputatdan ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi