Bakı. 20 noyabr. REPORT.AZ/ ABŞ-ın havadan endirdiyi raket zərbələri nəticəsində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının İraqda ələ keçirdiyi neft anbarı məhv edilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, havadan zərbələr İŞİD və "Əl-Qaidə"nin mövqelərinə endirilib.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İraqda 13 zərbə Kərkük şəhərinə, 7 zərbə isə Mosula endirilib. Suriyada beş bomba Kobani şəhərinə, bir bomba isə Haram şəhərinə atılıb.