​ABŞ İraq hakimiyyətinə sərt ultimatum verib

​ABŞ İraq hakimiyyətinə sərt ultimatum verib Bu, hökumətin terrorçularla mübarizədə ABŞ və Rusiya arasında seçim etməsi ilə bağlıdır
Digər ölkələr
22 Oktyabr , 2015 03:43
​ABŞ İraq hakimiyyətinə sərt ultimatum verib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu yaxınlarda İraqda səfərdə olan amerikalı general Cozef Danford yerli hakimiyyət qarşısına ultimatum qoyub: onlar "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə ya ABŞ-ın dəstəyini istəməli, ya da Rusiyanın müdaxiləsini xahiş etməlidirlər.

"Report" "CBS News"a istinadən xəbər verir ki, bu barədə general onunla səfər edən jurnalistlərə açıqlamasında bildirib.

Hərbçinin sözlərinə görə, İraqın baş naziri Heydər əl-Abadinin "Rusiyanın İraqa havadan zərbələr endirməsini alqışlayardı" deməsi, ABŞ-a "iztirab" verib. Onun sözlərinə görə, ABŞ hazırda İraq kontekstində Rusiya ilə münasibət qura bilməz.

Son xəbərlər

Orphus sistemi