ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib ABŞ prezidenti Donald Tramp İranda metal hasilatı və istehsalına yönəlmiş sanksiya məhdudiyyətləri nəzərdə tutan fərman imzalayıb.
Digər ölkələr
8 May , 2019 22:57
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ prezidenti Donald Tramp İranda metal hasilatı və istehsalına yönəlmiş sanksiya məhdudiyyətləri nəzərdə tutan fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evə istinadən "Reuters" məlumat yayıb.

Sənəddə bildirilir ki, məhdudiyyətlər polad, dəmir, alümin və mis istehsalına aiddir.

Tramp Birləşmiş Ştatların öz davranışlarını köklü şəkildə dəyişməyəcəyi təqdirdə İrana qarşı başqa sanksiyalar da hazırladığı bəyan edib.

Son xəbərlər

Orphus sistemi