ABŞ "Huawei" şirkətinin maliyyə direktorunun ekstradisiyası üçün Kanadaya müraciət edib

ABŞ "Huawei" şirkətinin maliyyə direktorunun ekstradisiyası üçün Kanadaya müraciət edib Çin hökuməti "Huawei" şirkətinin qurucusunun qızı həbs olunduqdan sonra 13 Kanada vətəndaşını saxlayıb
Digər ölkələr
29 Yanvar , 2019 12:08
ABŞ Huawei şirkətinin maliyyə direktorunun ekstradisiyası üçün Kanadaya müraciət edib
0 : 00
0 : 00

Bakı. 29 yanvar. REPORT.AZ/ Kanadanın Ədliyyə Nazirliyi ABŞ-dan "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjounun ekstradisiyası üçün rəsmi müraciət alıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, müraciətin göndərilməsi üçün son tarix yanvarın 30-u idi.

Kanada Ədliyyə Nazirliyi dünən ABŞ-dan rəsmi müraciət aldığını təsdiqləyib. İndi Britaniya Kolumbiyası vilayətindəki hakim ekstradisiya üçün bütün zəruri sübutların olub-olmadığı barədə qərar qəbul edilməlidir. Ardından ədliyyə naziri yekun qərarı verəcək.

Qeyd edək ki, Çin hökuməti "Huawei" şirkətinin qurucusunun qızı həbs olunduqdan sonra 13 Kanada vətəndaşını saxlayıb.

ABŞ "Huawei" şirkətinin qurucusunun qızının ekstradisiyasını ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaq şübhəsi ilə tələb edir. Çin Xarici İşlər Nazirliyi təqdimat edərək həm Kanada, həm də ABŞ-a etirazını bildirib.

Son xəbərlər

Orphus sistemi