Yuxarı

ABŞ hökuməti "Boeing Dreamliner"in mühərrikinin təcili dəyişdirilməsini tələb edir

Nöqsan aradan qaldırılmasa, hər iki mühərrikin imtina etmək ehtimalı var

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ Federal Mülki Aviasiya İdarəsi dünyanın ən böyük təyyarəsi olan "Boeing 787 Dreamliner"in mühərrikinin təcili dəyişdirilməsi barədə göstəriş verib.

"Report" xəbər verir ki, vəziyyət "təhlükəsizliyin təmin olunması ilə bağlı təcili məsələ" kimi müəyyənləşdirilib.

Problem ondan ibarətdir ki, böyük yüksəklikdə buzlanma səbəbindən ventilyatorun pərləri rezin örtüyə sürtünməyə başlayır ki, bu da mühərrikin əsməsi və tez-tez dayanmasına gətirib çıxarır. Əgər nöqsan aradan qaldırılmazsa, hər iki mühərrikin imtina etmək ehtimalı var.

"Dreamliner", əsasən qitələrarası reysləri həyata keçirir. Onlar Azərbaycan da daxil olmaqla Yaponiya, Norveç, Polşa, Böyük Britaniya və digər ölkələrin parklarında mövcuddur

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi