KİV: ABŞ aprelin sonunda qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır

KİV: ABŞ aprelin sonunda qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Silahlı Qüvvələrinin komandanlığı aprelin sonunda Amerika qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır.
Digər ölkələr
8 Fevral , 2019 02:13
KİV: ABŞ aprelin sonunda qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Silahlı Qüvvələrinin komandanlığı aprelin sonunda Amerika qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların hazırda vəzifədə çalışan, habelə və keçmiş vəzifəli şəxslərinə istinadən "The Wall Street Journal" qəzeti bildirib.

Qəzetin məlumatına görə, ABŞ hərbi kontingentinin əsas hissəsini Suriyadan martın ortalarında çıxarmağı planlaşdırır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Birləşmiş Ştatların qoşunlarının Suriyadan çıxarılmasına başlamaq qərarını elan edib. Hazırda ərəb respublikasında 2000-ci Amerika kontingenti yerləşir. Güman edilirdi ki, ABŞ qoşunlarını Suriyadan 60-100 gün ərzində çıxaracaq.

Daha əvvəl Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.

Son xəbərlər

Orphus sistemi