Tramp: "ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb"

Tramp: "ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb" Bakı. 14 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.
Digər ölkələr
14 Yanvar , 2019 08:25
Tramp: ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ABŞ prezidenti Donald Tramp öz "Twitter" mikrobloqunda yazıb.

"[Hərbi kontingentin] Suriyadan çoxdan edilməli olan çıxarılmasına başlayırıq. Lakin bununla yanaşı İŞİD-in ərazi xilafətinin qalıqlarına müxtəlif istiqamətlərdən hücumları davam etdiririk", - deyə o bildirib.

Halbuki daha əvvəl ABŞ hərbçilərinin ilk qrupununun Suriyadan çıxarıldığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi