Yuxarı
    Bağlamaq

    ABŞ hərbi güvvələri İslam Dövlətinə havadan hücum edib

    İraq Tikrit şəhərini bir aydır militantlardan təmizləməyə çalışır

    Bakı. 26 mart. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava qüvvələri İraqın İslam Dövlətinin nəzarətində olan Tikrit şəhərini İraq hökumətinin tələbi ilə hava hücumu həyata keçirib.

    "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, koalisiyanın generalı Ceyms Terri bildirib ki, hava hücumunun məqsədi İraq hökumətinə ölkəni militantlardan təmizləməyə kömək etmək olub.

    İraq Tikrit şəhərini bir aydır militantlardan təmizləməyə çalışır.

    Televiziya ilə çıxışında İraqın baş naziri beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə Tikritın nəzarətinin bərpa olunacağını deyib.

    Baş nazir həmçinin, sünni qəbilələr və koalisiya qüvvələrindən ibarət Xalq Səfərbərlik Qüvvələri adlanan qrupa öz təşəkkürünü bildirib.

    İran şiə milis qüvvələrini təlim və silahla təmin edərək, İraq ordusu ilə yanaşı Tikritdə İslam Dövləti qrupuna qarşı döyüşür. Lakin ABŞ rəsmiləri Birləşmiş Ştatların iranlılarla heç bir hərbi əməkdaşlıq etmədiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi