ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş PUA-nı vurub

Digər ölkələr
  • 29 aprel, 2024
  • 04:54
ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş PUA-nı vurub

ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını (PUA) vurub.

"Report"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Aprelin 28-də Sana vaxtı ilə saat 01:48-dən 02:27-dək (Bakı vaxtı ilə saat 02:48 və 3:27) ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində 5 PUA-nı uğurla vurub”, - komandanlığın “X”dəki səhifəsində yerləşdirilmiş paylaşımda ​​deyilir.

Məlumata görə, PUA-ların ABŞ-nin, dəniz koalisiyasının və bölgədəki ticarət gəmiçiliyi üçün təhlükə yaratması müəyyənləşdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti