ABŞ hərbçiləri İŞİD rəhbərinin öldürülməsini təsdiqləyiblər

ABŞ hərbçiləri İŞİD rəhbərinin öldürülməsini təsdiqləyiblər "Bu birgə uğurlu əməliyyat İŞİD-in məhvi kampaniyasında bizim uğura doğru növbəti addımımızdır" – deyə Nikolson bildirib
Digər ölkələr
8 May , 2017 03:04
ABŞ hərbçiləri İŞİD rəhbərinin öldürülməsini təsdiqləyiblər

Bakı. 8 may. REPORT.AZ/ İŞİD rəhbəri Abdul Hasib əfran və ABŞ hərbçilərinin aprelin 27-də birgə keçirdiyi əməliyyatın gedişində məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ Hərbi Qüvvələrinin Əfqanıstandakı komandiri Con Nikolsona istinadən məlumat yayıb.

"Bu birgə uğurlu əməliyyat bizim İŞİD-in məhvi kampaniyasında bizim uğura doğru növbəti addımımızdır" – deyə Nikolson bildirib.

Bundan əvvəl isə Hasibin məhv edilməsi haqda Əfqanıstan prezidenti Əşrəf Qəni xəbər verib. Əfqan hakimiyyəti hesab edir ki, Hasib ölkədə müxtəlif terror hücumlarının təşkilində iştirak edib. 

Son xəbərlər

Orphus sistemi