ABŞ hərbçiləri "Əl-Qaidə" liderlərindən birini məhv edib

ABŞ hərbçiləri "Əl-Qaidə" liderlərindən birini məhv edib ABŞ hərbçiləri Suriyanın şimal-qərbində "Əl-Qaidə" terror qruplaşmasının liderlərindən birinə hücüm ediblər.
Digər ölkələr
20 Sentyabr , 2021 23:50
ABŞ hərbçiləri Əl-Qaidə liderlərindən birini məhv edib

ABŞ hərbçiləri Suriyanın şimal-qərbində "Əl-Qaidə" terror qruplaşmasının liderlərindən birinə hücum ediblər.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.

Amerika hərbçiləri hesab edir ki, hədəfi vurublar.

ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığından informasiyasına istinad edən Con Kirbi İdlib şəhəri ətrafında hava zərbəsinə görə məsuliyyət daşıdıqlarını etiraf edib.

"İdlib yaxınlığında "Əl-Qaidə"nin yüksək vəzifəli liderinə zərbə endirilib. İlkin hesablamalara əsasən, zərbə hədəfə dəyib. Hazırda mülki əhali arasında itkilərin mövcudluğunu güman etməyə əsas yoxdur", - Kirbi Pentaqondakı brifinqdə deyib.

Son xəbərlər

Orphus sistemi