“Theodore Roosevelt” gəmisinin COVID-19 xəstələrinin sayı 450 nəfərə çatır

“Theodore Roosevelt” gəmisinin COVID-19 xəstələrinin sayı 450 nəfərə çatır ABŞ-ın “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin heyət üzvləri arasında koronavirusa yoluxanların sayı artıb.
Digər ölkələr
11 Aprel , 2020 04:39
“Theodore Roosevelt” gəmisinin COVID-19 xəstələrinin sayı 450 nəfərə çatır

ABŞ-ın “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin heyət üzvləri arasında koronavirusa yoluxanların sayı artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin saytında bildirilib.

"10 aprelə olan məlumata görə, “Theodore Roosevelt”in ekipaj üzvlərinin 92%-i COVID-19 testindən keçirilib, 447 müsbət və 3 248 mənfi nəticə qeydə alınıb. Komandanın 3 155 üzvü gəmini tərk etdi", - xəbərdə deyilir.

Daha əvvəl təyyarədaşıyan gəmidə 155 yoluxma haqqında bildirilirdi.

ABŞ-ın təyyarədaşıyan gəmisində koronavirus martın sonunda qeydə alınıb. Gəminin kapitanı Brett Kroze infeksiyanın yayılması haqqında raportunun jurnalistlərin əlinə düşməsindən sonra vəzifəsindən azad edilib.

ABŞ-ın Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Tomas Modli bu hadisəyə görə Krozeni kəskin tənqid edib. Nəticədə Modli öz sözlərinə görə üzr istəyib və çərşənbə axşamı vəzifəsini tərk edib.

Son xəbərlər

Orphus sistemi