Bakı. 27 mart. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi mart ayında Əfqanıstanda büdcə vəsaitlərinin xərclənməsi barədə hesabat dərc edib.
"Report" "Russia today"ə istinadən xəbər verir ki, hesabatda ayrılan pulların təyinatı üzrə xərclənib-xərclənməməsini izləməkdə sistemli problemlərin olması barədə məlumat verilib.
ABŞ-ın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üzrə Birgə Komandanlığı maliyyə nəzarəti ilə bağlı problemlərə görə ayrılmış 3,1 milyard dollar məbləğində vəsaitin təyinatı üzrə istifadə edilib-edilməməsinə təminat verə bilmir.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı bölməsi dəfələrlə ölkəyə göndərilən vəsaitlərin istifadəsinin izlənməsində problemlər olduğunu bildirib, lakin vəziyyəti düzəltmək mümkün olmayıb.
Belə ki, 2015-ci ildən bəri ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi Əfqanıstandakı ABŞ hərbi komandanlığına ayrılmış vəsaitlərin izlənməsində sistemli problemlərin olmasını 7 hesabatda göstərib. Əlavə edək ki, bu vəsait hesabına Əfqanıstan hökuməti yanacaq, döyüş sursatı və nəqliyyat vasitələri alıb.