ABŞ generalı Suriyada bufer zonasının yaradılmasına dəstək vermir

ABŞ generalı Suriyada bufer zonasının yaradılmasına dəstək vermir Makkeyn Əsəd hökumətini qaçqınları bombalamaqda və onları qətlə yetirməkdə ittiham edib
Digər ölkələr
16 Sentyabr , 2015 23:08
ABŞ generalı Suriyada bufer zonasının yaradılmasına dəstək vermir

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-ın yüksək səviyyəli generalı evlərindən didərgin düşən insanların hava hücumları və Suriya hökumət qüvvələrindən qorunması üçün bufer və uçuşlara qadağa zonasının yaradılmasını tövsiyə etmədiyini deyib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Mərkəzi Komandanlığının başçısı, ordu general Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsinə bildirib ki, qaçqınların müdafiə edilməsi üçün quru qüvvələr olmalıdır, lakin hazırda bu qüvvələr orada yoxdur.

Komitəsinin sədri, senator Con Makkeyn general Ostinə Suriyadan kütləci qaçqın axını davam etsə ABŞ-ın nə etməli olduğu haqda sual verib.

“Bu, dəhşətli faciədir və beynəlxalq ictimaiyyət bu istiqamətdə birgə işi davam etdirir. Biz ümid edirik ki, qaçqın axını davam etdikcə daha çox ölkənin yardım göstərəcəyini görəcəyik”-deyə general bildirib.

Makkeyn Suriya prezidenti Bəşar Əsəd hökumətini qaçqınlara çəllək bombaları atmaqda və onları qətlə yetirməkdə ittiham edib.

General Ostin həmçinin Rusiyanın Latakiya limanında hərbi hava bazası yaratması və Bəşar Əl-Əsədi dəstəkləmək üçün Suriyaya əsgəri qüvvə və silah göndərməsinə münasibət bildirib.

Son xəbərlər

Orphus sistemi