Bakı. 15 aprel. REPORT.AZ/ Fransa, ABŞ və Britaniya BMT Təhlükəsizlik Şurasının üzvlərinə Suriyaya dair qətnamə layihəsini təqdim ediblər.
"Report" xəbər verir ki, bu barədə TASS "Agence France-Presse"-yə istinadən məlumat yayıb.
Bildirilir ki, sənəddə kimyəvi silahın tətbiqi pislənilir, bu cür hadisələrin araşdırılması üçün müstəqil tədqiqat mexanizminin yaradılması tələb edilir.
Qətnamə layihəsində Suriyada, xüsusən aprelin 7-də Dumada kimyəvi silahın tətbiqi qəti şəkildə pislənilir.