ABŞ esminesi PUA-lar və raketlərlə hücuma məruz qalıb
Digər ölkələr
- 03 dekabr, 2023
- 17:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carney” esminesi və Qırmızı dənizdəki bir neçə ticarət gəmisi Yəməndən atılan raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi ticarət gəmisinin qəza çağırışına cavab verib. Esmines pilotsuz uçan aparatı məhv edib və həmçinin ticarət gəmisinə atılan ən azı bir ballistik raket aşkarlayıb.
Hücum nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları da Babül-Məndəb boğazında Böyük Britaniyanın ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edib.
Son xəbərlər
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr