ABŞ ərazisindəki Myanma vətəndaşlarına müvəqqəti sığınacaq verdi

ABŞ ərazisindəki Myanma vətəndaşlarına müvəqqəti sığınacaq verdi Amerika Birləşmiş Ştatları (ABŞ) ərazisində olan Myanma vətəndaşlarına müvəqqəti sığınacaq vermək barədə qərar qəbul edib
Digər ölkələr
13 Mart , 2021 04:06
ABŞ ərazisindəki Myanma vətəndaşlarına müvəqqəti sığınacaq verdi
Alexandro Mayorkas

Amerika Birləşmiş Ştatları (ABŞ) ərazisində olan Myanma vətəndaşlarına müvəqqəti sığınacaq vermək barədə qərar qəbul edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas bildirib.

Nazir qeyd edib ki, Myanma xalqı ölkənin bir çox hissələrində mürəkkəb, pisləşən humanitar böhrandan əziyyət çəkir və o, ölkədəki vəziyyəti diqqətlə öyrənib.

"Mən Birmanı (Myanma-red) müvəqqəti müdafiə siyahısına daxil etdim ki, Birma vətəndaşları ABŞ-da müvəqqəti qala bilsinlər", - nazir deyib.

Müvəqqəti qorunma statusu Myanma vətəndaşlarına növbəti 18 ay ərzində ABŞ-da qalmağa və deportasiyadan ehtiyat etmədən işləməyə icazə verəcək. Onlar xüsusi proqrama müraciət etməli və ümumilikdə təxminən 500 ABŞ dolları ödəməklə iş icazəsi almalıdırlar.

Martın 11-də məlum olub ki, Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyasına polisin atəş açması nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb. Maqvey bölgəsində keçirilən dinc etiraz aksiyasına polis və hərbçilərin hücumu nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Nors Okkalapa əyalətində isə polisin etirazçılara hücumu nəticəsində daha 1 nümayişçi ölüb.

Son xəbərlər

Orphus sistemi