ABŞ ekspertləri: Şimali Koreyanın raketləri ABŞ-a çata bilər

ABŞ ekspertləri: Şimali Koreyanın raketləri ABŞ-a çata bilər Bakı. 29 noyabr. REPORT.AZ/ ABŞ-ın Narahat Alimlər Şurası (Union of Concerned Scientists) Şimali Koreyanın dünən sınaqdan keçirilən yeni qitələrarası raketinin Birləşmiş Ştatlar ərazisində istənilən hədəfi vurmaq qabiliyyətinə malik olması ilə bağlı açıqlamasının həqiqətəuyğun olduğunu hesab edir.
Digər ölkələr
29 Noyabr , 2017 11:04
ABŞ ekspertləri: Şimali Koreyanın raketləri ABŞ-a çata bilər
Getty Images

Bakı. 29 noyabr. REPORT.AZ/ ABŞ-ın Narahat Alimlər Şurası (Union of Concerned Scientists) Şimali Koreyanın dünən sınaqdan keçirilən yeni qitələrarası raketinin Birləşmiş Ştatlar ərazisində istənilən hədəfi vurmaq qabiliyyətinə malik olması ilə bağlı açıqlamasının həqiqətəuyğun olduğunu hesab edir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, onlar raketin uçuş məsafəsi və hündürlüyü barədə məlumatları təhlil edərək bəyanat yayıblar.

"Bu rəqəmlər doğrudursa, raketin uçuş məsafəsi 13 min km-dən artıq ola bilər. Belə raket Vaşinqtona və ABŞ-ın qitə ərazisində istənilən nöqtəyə çatması üçün kifayət qədər uçuş məsafəsinə malikdir", - bəyanatda deyilir.

Qeyd edək ki, cənubi koreyalı hərbçilər raketin 960 km məsafə uçaraq 4500 km hündürlüyə çatdığını və Yapon dənizinə düşdüyünü bildiriblər.

Pentaqondan isə ABŞ-ın Pxenyanın raket sınağını izlədiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi