ABŞ əks-kəşfiyyatı: Rusiya və Çin əsas təhdid mənbələridir

ABŞ əks-kəşfiyyatı: Rusiya və Çin əsas təhdid mənbələridir ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib.
Digər ölkələr
11 Fevral , 2020 10:25
ABŞ əks-kəşfiyyatı: Rusiya və Çin əsas təhdid mənbələridir

ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açıqlanan sənədində bildirilib.

“ABŞ-ı nişanlamış oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyada fəaliyyət göstərir, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edir və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdir”, - sənəddə vurğulanıb.

Mərkəzin elan etdiyi digər təhdid mənbələri arasında Kuba, İran, Şimali Koreya, “Hizbullah” hərəkatı, İŞİD və “Əl-Qaidə” terror təşkilatları, transmilli kriminal təşkilatlar və s. var.   

Son xəbərlər

Orphus sistemi