ABŞ Əfqanıstanın "Taliban" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb

ABŞ Əfqanıstanın "Taliban" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli Əfqanıstanın "taliblər" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb.
Digər ölkələr
191
5 Sentyabr , 2021 12:00
ABŞ Əfqanıstanın Taliban tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb

ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli Əfqanıstanın "taliblər" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Generalın sözlərinə görə, buna səbəb vətəndaşların əvvəlki hökumətə inamsızlığı olub.

"Əsas problemlərdən biri, fikrimcə, korrupsiyadır. Hökumətin xalq qarşısında heç bir legitimliyi yox idi. Bunun nəticəsində nə baş verdiyini gördünüz. Ən yüksək hökumət elitası sözün həqiqi mənasında geri çəkildi", - Milli deyib.

Amerikalı generala görə, Əfqanıstan hökuməti və ordusu məmurların gözlədiyindən daha tez çöküb və bu, Əfqanıstan hökumətinin süqutu kimi hər kəs üçün sürpriz olub.

Son xəbərlər

Orphus sistemi