ABŞ qoşunlarını 18 ay ərzində Əfqanıstandan çıxara bilər

ABŞ qoşunlarını 18 ay ərzində Əfqanıstandan çıxara bilər Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-la “Taliban” arasında sülh danışıqlarının cari il fevralın 25-də başlamasına dair müvəqqəti razılıq əldə edilib.
Digər ölkələr
28 Yanvar , 2019 15:32
ABŞ qoşunlarını 18 ay ərzində Əfqanıstandan çıxara bilər
colonelcassad

Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-la “Taliban” arasında sülh danışıqlarının cari il fevralın 25-də başlamasına dair müvəqqəti razılıq əldə edilib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, 6 günlük müzakirələrdən sonra razılıq layihəsi əldə edilib. Layihədə sənəd imzalandıqdan sonra 18 ay ərzində ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılacağına dair maddə də var.

Məlumata əsasən, ABŞ-ın Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Xəlilzad yanvarın 26-da Qətərin paytaxtı Dohada danışıqların 6 gün sürdüyünü, müzakirələri davam etdirmək üçün Əfqanıstana gedəcəyini açıqlamışdı.

“Reuters” bildirib ki, Əfqanıstan hakimiyyətinə ABŞ-la “Taliban” arasında ilkin razılıqla bağlı məlumat verilib.

Razılaşma layihəsində aşağıdakı maddələr öz əksini tapıb:

- ABŞ 18 ay ərazində hərbi bazası da daxil olmaqla qoşununu Əfqanıstandan çıxarır;

- “Taliban” İŞİD və “Əl-Qaidə”nin Əfqanıstan ərazisinə keçməsinin, onların ABŞ-a və müttəfiqlərinə hücum etməsinin qarşısını alır;

- “Taliban”a hakimiyyətdə təmsil olunmaq barədə təminat verilib;

- “Taliban” Əfqanıstan ərazisindən Pakistana qarşı istifadə edilməyəcəyinə (Pakistandan olan vasitəçilər “Böyük Bəlucistan” layihəsinin bağlanmasını istəyib) təminat verməlidir.

Son xəbərlər

Orphus sistemi