"Report" "Reuters"ə istinadən xəbər verir ki, Amerikanın bu həbsxanada bir məhbusu da qalmayıb.
Xatırladaq ki, Bəhram hərbi aviabazası ABŞ-ın və Əfqanıstandakı koalisiya qüvvələrinin ən iri obyektdir. Həbsxananı bəzən onun yerləşdiyi Pərvan əyalətinin adı ilə "Pərvan" da adlandırırlar. 2013-cü ilin martından Bəhram ABŞ-ın nəzarətindən Əfqanıstan hakimiyyətinə keçib.
Mənbə qeyd edib ki, Bəhramda çeşidli dövlətlərin, o cümlədən yaraqlılar tərəfdən döyüşən Rusiya vətəndaşı İrek Həmdullin də saxlanılıb. Onun ABŞ ərazisində, Virciniya ştatının Şərq dairəsində mühakimə ediləcəyi gözlənilir.