ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərinə zərbələr endirib

ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərinə zərbələr endirib Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri son iki-üç gün ərzində Əfqanıstanda "Taliban"n mövqelərinə havadan zərbələr endirib.
Digər ölkələr
12 Avqust , 2021 03:56
ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərinə zərbələr endirib

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri son iki-üç gün ərzində Əfqanıstanda "Taliban"n mövqelərinə havadan zərbələr endirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

"Biz son 24-48 saat ərzində bir neçə hava zərbəsi endirdik. Biz onları dəstəkləməyə davam edirik və onlarda “Taliban”da olmayan üstünlüklər var və indi onların bundan istifadə etmək imkanı var", - Amerika hərbi müəssisəsinin nümayəndəsi deyib.

Kirbi həmçinin əlavə edib ki, Birləşmiş Ştatların hərbi qulluqçularının Əfqanıstandan çıxarılması ilə Amerika qüvvələrinin Kabilə havadan hərbi dəstəyin verilməsi avqustun 31-də başa çatır. Ölkənin sonrakı müdafiəsi haqqında qərarlar qəbul edilməyib.

O qeyd edib ki, əfqan tərəfi Amerika hərbi hava qüvvələri ilə müqayisədə silahlıların mövqelərinə daha çox zərbələr endiriblər.

Son xəbərlər

Orphus sistemi