ABŞ Əfqanıstanda İŞİD terrorçusunu məhv edib

Digər ölkələr
  • 28 avqust, 2021
  • 02:28
ABŞ Əfqanıstanda İŞİD terrorçusunu məhv edib

ABŞ hərbçiləri Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə pilotsuz uçuş aparatı ilə hava zərbəsi endirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd edilir ki, zərbə nəticəsində bir İŞİD terrorçusu məhv edilib.

"ABŞ-ın Silahlı Qüvvələri İŞİD planlaşdırıcısına qarşı antiterror əməliyyatı keçirib. Pilotsuz hava zərbəsi Nanqarhar əyalətinə endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki vətəndaşlar arasında itki yoxdur", - xəbərdə deyilir.

Hava zərbəsi avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilmiş, Amerikanın 13 hərbi qulluqçusunun həyatına son qoymuş terror aktından sonra endirilib. Pentaqon hava zərbəsinin terror aktı ilə əlaqəli olub-olmadğını açıqlamayıb.