Ağ Ev: "Heç kim güman etməsin ki, "Taliban"a qarşı sanksiyaları yumşaltmaq fikrindəyik"

Ağ Ev: "Heç kim güman etməsin ki, "Taliban"a qarşı sanksiyaları yumşaltmaq fikrindəyik" ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək.
Digər ölkələr
2 Sentyabr , 2021 23:23
Ağ Ev: Heç kim güman etməsin ki, Talibana qarşı sanksiyaları yumşaltmaq fikrindəyik
0 : 00
0 : 00

ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək.

"Report" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ABŞ hazırda "Taliban"a qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirmir.

"Heç kim güman etməsin ki, hazırda "Taliban" əleyhinə sanksiyaları yumşaltmaq fikrindəyik, bu, müzakirə predmeti deyil", - Psaki bildirib.

Psaki qeyd edib ki, ABŞ-ın gələcəkdə atacağı istənilən addımda beynəlxalq birliyin rəyi nəzərə alınacaq.

Onun sözlərinə görə, ABŞ Əfqanıstan xalqının beynəlxalq yardım almasını istəyir: "Bu yardımlar xarici təşkilatların hesabına edilməlidir. Vaşinqton bu istiqamətdə artıq xüsusi bir lisenziya da əldə edib".

Son xəbərlər

Orphus sistemi