ABŞ: Əfqanıstana hücumları İŞİD həyata keçirib

ABŞ: Əfqanıstana hücumları İŞİD həyata keçirib ABŞ bu nəticəyə gəlib ki, həftə ərzində Əfqanıstanda həyata keçirilən iki hücum Taliban deyil, İŞİD-Xorasan terror təşkilatı tərəfindən reallaşdırılıb.
Digər ölkələr
104
15 May , 2020 05:11
ABŞ: Əfqanıstana hücumları İŞİD həyata keçirib
0 : 00
0 : 00

ABŞ bu nəticəyə gəlib ki, həftə ərzində Əfqanıstanda həyata keçirilən iki hücum "Taliban" deyil, "İŞİD-Xorasan" terror təşkilatı tərəfindən reallaşdırılıb.

"Report" RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad bildirib.

"ABŞ hökuməti bu nəticəyə gəldi ki, Əfqanıstanda daha əvvəl doğum evinə və dəfn mərasimlərinə dəhşətli hücumları "İŞİD Xorasan” həyata keçirdi", - o özünün “Twitter”dəki səhifəsində yazıb.

Daha əvvəl Əfqanıstanda iki terror hücumundan sonra dövlət başçısı Əşrəf Qani ölkənin bütün silahlı qüvvələrinə "Talibana"la mübarizənin hücum formasına keçməyi əmr edib. Hərəkatın nümayəndəsi Zabihulla Mücahid isə bildirib ki, "Taliban" hərbi qruplaşması Əfqanıstanın silahlı qüvvələrinin bölmələrinə qarşı cavab hərəkətlərinə hazırdır.

Orphus sistemi