ABŞ-ın Ədliyyə Nazirliyi "Facebook"a qarşı araşdırma başlatmaq niyyətindədir

ABŞ-ın Ədliyyə Nazirliyi "Facebook"a qarşı araşdırma başlatmaq niyyətindədir ABŞ-ın Ədliyyə Nazirliyi Baş prokuror Vilyam Barrın tapşırığı əsasında Facebooka qarşı araşdırma başlatmaq niyyətindədir.
Digər ölkələr
26 Sentyabr , 2019 11:37
ABŞ-ın Ədliyyə Nazirliyi Facebooka qarşı araşdırma başlatmaq niyyətindədir

ABŞ-ın Ədliyyə Nazirliyi Baş prokuror Vilyam Barrın tapşırığı əsasında "Facebook"a qarşı araşdırma başlatmaq niyyətindədir.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, hazırda araşdırma ilə Federal Ticarət Komissiyası (FTC) məşğul olur. Ancaq mənbələr iddia edir ki, indi məsələ ölkənin Ədliyyə Nazirliyinin nəzarətinə keçəcək.

FTC və "Facebook bu məlumatı şərh etməkdən imtina edib.

Bildirilir ki, "Facebook"un qanun pozuntularına yol verdiyi təsdiqlənəcəyi təqdirdə Ədliyyə Nazirliyi şirkətdən təzminat almaq üçün tədbirlər görəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Ədliyyə Nazirliyi aparıcı onlayn platformalara qarşı antiinhisar araşdırması başlatdığını bildirmişdi. Nazirlik aparıcı onlayn platformaların bazar üstünlüyünə necə nail olduğunu, onların rəqabəti azaldıb-azaltmadığını və digər istehlakçılara zərər verməyə yönəlmiş fəaliyyətlərdə iştirak edib-etməmələri ilə maraqlanır.

"Araşdırmanın məqsədi onlayn bazarda rəqabət şərtlərini qiymətləndirmək və amerikalılara sərbəst bazarlara çıxışı təmin etməkdir", - qurumun bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi