Yuxarı

ABŞ dünya üzrə terror təhlükəsinin artması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib

Dövlət Departamenti amerikalılara xaricə istənilən səfər zamanı həddinən artıq ehtiyatlı olmağı tövsiyə edib

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ administrasiyası dünya üzrə terror təhlükəsinin artması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu darədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

"Əldə etdiyimiz məlumat göstərir ki, İŞİD, "Əl-Qaidə", "Boko Haram" və başqa terror qruplaşmaları dünya üzrə müxtəlif regionlarda terror hücumlarının planlarını qurur", - bəyanatda deyilir. Amma Dövlət Departamenti konkret təhlükələr və ya dünya üzrə ən təhlükəli zonalar barədə məlumat verməyərək, sadəcə, amerikalılara xaricə istənilən səfər zamanı həddinən artıq ehtiyatlı olmağı tövsiyə edib.

Dövlət Departamentinin bəyanatına görə, bu xəbərdarlıq 24 fevral 2016-cı ilə qədər, yəni 3 ay qüvvədə qalacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi