ABŞ dövlət katibinin müavini Xose Fernandes yeni seçilən prezident Bernardo Arevalo ilə görüşmək üçün Qvatemalaya səfər edəcək.
Bu barədə “Report” ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
İqtisadi inkişafın, enerji və ətraf mühitin qorunmasının təmin edilməsinə cavabdeh olan Fernandes dekabrın 3-4-də Qvatemalaya səfəri zamanı ABŞ-ın bu ölkə ilə iqtisadi əməkdaşlığı artırmaq və tərəflər arasında strateji tərəfdaşlığı gücləndirmək niyyətinin vacibliyini vurğulayacaq.
Amerikalı diplomat hazırkı və gələcək administrasiyalardan olan həmkarları, eləcə də özəl sektor liderləri ilə görüşəcək.
Qeyd olunub ki, ABŞ dövlət katibinin müavininin Qvatemalaya səfəri Birləşmiş Ştatların Qvatemala xalqına davamlı dəstəyini, həmçinin Vaşinqtonun Arevalo və gələcək hökumətlə paylaşdığı dəyərləri bir daha təsdiq etməlidir.