ABŞ dövlət katibinin köməkçisi Qırğızıstan və Tacikistana səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Qırğızıstan və Tacikistana səfər edəcək ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu aprelin 22-27-də Qırğızıstan və Tacikistana səfər edəcək.
Digər ölkələr
23 Aprel , 2023 04:12
ABŞ dövlət katibinin köməkçisi Qırğızıstan və Tacikistana səfər edəcək

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu aprelin 22-27-də Qırğızıstan və Tacikistana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Lu ABŞ-Tacikistan tərəfdaşlığının dərinləşdirilməsinə diqqət yetirmək və ümumi narahatlıq və məqsədləri, o cümlədən təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yüksəksəviyyəli hökumət rəsmiləri ilə görüşmək üçün Düşənbəyə gedəcək”.

Lu həmçinin “mətbuat azadlığının vacibliyini və güclü vətəndaş cəmiyyətinin zəruriliyini vurğulamaq üçün” Tacikistan mediası və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.

“Həm Bişkekdə, həm də Düşənbədə olarkən dövlət katibinin köməkçisi Lu ABŞ-nin Qırğızıstan Respublikası və Tacikistanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə davamlı sadiqliyini vurğulayacaq”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi