Bakı. 17 may. REPORT.AZ/ ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland bazar günü Kiyevdən Moskvaya gedib.
"Report" xəbər verir ki, bu barədə "İnterfax"a ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens məlumat verib.
"Viktoriya Nuland artıq Moskvadadır ", - deyə o bildirib.
Nulandın rəsmi görüşlərə mayın 18-də başlayacağı gözlənilir.
ABŞ rəsmisinin Moskvada Rusiya-Amerika münasibətləri və Ukrayna problemini müzakirə edəcəyi ehtimal edilir.
Ötən gün Nuland Kiyevdə səfərdə olan zaman bəyan edib ki, ABŞ Ukraynanın şərqindəki vəziyyətin nizamlanmasında öz iştirakını gücləndirməyə hazırdır.