ABŞ dövlət katibi Vyanada müzakirələri davam etdirir

ABŞ dövlət katibi Vyanada müzakirələri davam etdirir İranın xarici işlər naziri isə məsləhətləşmək üçün ölkəsinə geri dönüb
Digər ölkələr
29 İyun , 2015 21:16
ABŞ dövlət katibi Vyanada müzakirələri davam etdirir

Bakı. 29 İyun. REPORT.AZ/ ABŞ dövlət katibi Vyanada İranın nüvə proqramına dair müzakirələri davam etdirir.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, Kerrinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüş keçirib.

Müzakirələrdən öncə Kerri bildirib ki, hazırda danışıqlar aparılır və hərhansı qərar barədə fikir söyləmək tezdir.

Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bü günkü danışıqlarda iştirak etməməsi diqqət mərkəzində olub. O, məsləhətləşmək üçün ölkəsinə qayıdıb.

ABŞ rəsmiləri isə artıq bəyan ediblər ki, Zərifin Tehrana qayıtmasından narahat deyillər.

Son xəbərlər

Orphus sistemi