ABŞ dövlət katibi və Rusiya XİN rəhbəri dekabrın 14-də Romada görüşəcək

ABŞ dövlət katibi və Rusiya XİN rəhbəri dekabrın 14-də Romada görüşəcək Mari Harf: "Tərəflər Yaxın Şərq, Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcəklər"
Digər ölkələr
13 Dekabr , 2014 20:48
ABŞ dövlət katibi və Rusiya XİN rəhbəri dekabrın 14-də Romada görüşəcək
Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü dekabrın 14-də günün ikinci yarısında Romada keçiriləcək. "Report" xəbər verir ki, bu barədə "İTAR-TASS" agentliyinə məlumatlı diplomatik mənbə bildirib.

"Nahardan sonrakı dövr üçün görüş planlaşdırılıb", - mənbə bildirib.

Amerika diplomatlarının məlumatına görə, görüş ABŞ səfirinin İtaliyadakı iqamətgahında keçirilə bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Hаrf bildirib ki, C.Kerri və S.Lavrov Yaxın Şərqdəki vəziyyəti, eləcə də BMT-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı təşəbbüslərini müzakirə etmək niyyətindədirlər.

"Bundan əlavə, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ukrayna və Suriyadakı vəziyyəti də müzakirə edəcəklər", - M.Harf qeyd edib.

Son xəbərlər

Orphus sistemi